Parlamentdə İlham Əliyevlə bağlı xüsusi iclas: Prezidentin adının əbədiləşdirilməsi istənildi

Siyasət

12.10.2023 - 14:10

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi iclas keçirilib: Milli Məclis Bəyanat qəbul edib

Bu gün Milli Məclisin İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar xüsusi iclas keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev vətənimizin bu günü və sabahı naminə gördüyü işlərlə xalqımızın dərin məhəbbətini qazanıb: “Bu gün Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi gücü yaranıb. İlham Əliyevin səyi nəticəsində ölkə iqtisadiyyatı misli görülməmiş artış qeydə alınıb. Ölkəmizin iqtisadi yüksəlişinin şahidi oluruq. Biz hər il Milli Məclisdə dövlət büdcəsini müzakirə edirik, ildən-ilə görürük ki, dövlət büdcəsi uğurlu siyasət nəticəsində daha da artır. Bundan başqa ölkədə yoxsulluq səviyyəsi 5,5 faizə düşüb. Bu kimi uğurlu nümunələri göstərə bilərik. İlham Əliyev bununla bərabər insan kapitalının inkişafına hər zaman dəstək verib. Bundan başqa dövlət siyasətinin formalaşması üçün bütün sahələrdə işlər aparılır”.

Spiker: “Ümid edirik ki, sülh müqaviləsi prosesi uğurla davam etdiriləcək”

“19 sentyabr Azərbaycan dövlətinin hərb səhəsində yeni tarixi təşkil edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və səyi nəticəsində Azərbaycan ərazisində qalan separatçı qüvvələr tamamilə çıxarılıb.  Azərbaycanın suverenliyi onunu bütün ərazisində bərpa edilib. Bununla bərabər Azərbaycan Ermənistan tərəfi ilə sülh danışıqlarını aparmağa hazırdır. Bunu Prezidentb İlham Əliyevin son çıxışında da bir daha şahidi oluruq. Ümid edirik ki, sülh müqaviləsi prosesi uğurla davam etdiriləcək. Bütün bunlar cənab Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin nəticəsidir”, - spiker əlavə edib.

“Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər”

Deputat Qüdrət Həsənquliyev iclasda Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbulu, Qarabağda adına şəhər salınmasını təklif edib: “Qələbəmizin əbədiləşdirilməsi üçün Prezident İlham Əliyevin adının əbədiləşdirilməsi üçün qanun qəbul etməyi təklif edirəm. Həmin qanunda Xankəndidə İlham Əliyevin adını daşıyan möhtəşəm məscidin, Qarabağda isə adını daşıyan yeni şəhərin salınması nəzərdə tutula bilər”.

“Cənab Prezident cəmi 44 gün ərzində Azərbaycanı işğaldan azad edib, bir günlük antiterror tədbirləri nəticəsində suverənliyini bərpa edib”. Bu sözləri isə deputat İsa Həbibbəyli səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq nüfuza malik olması, ərazi bütövlüyünün bərpa edilməsi İlham Əliyevin adı ilə bağlıdır: “Bu, prezidentin xalq qarşısında duran əsas vəzifələrindən biri idi. Bu gün İlham Əliyev dünya liderlərindən biridir. İlham Əliyevin Azərbaycana başşılıq etdiyi 20 ilin hər bir ili dəyərlidir. Onun sayəsində ölkəmizdə mədəniyyət, elm, iqtisadiyyat yüksək səviyyədə inkişaf edib və edəcək".

Deputat: “Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa onlar ifadə verirlər”

Deputat Elşən Musayev isə bildirib ki, İlham Əliyevin siyasəti nəticəsində bu gün torpaqlarımız azaddır: “Biz bu gün burada qələbəmizdən danışırıq, 100 metr yaxınlıqda Şəhidlər xiyabanında bizim müqəddəslərimiz rahat uyuyur, 150 metr o yanda həmin şəhidlərin qatilləri DTX-nin binasında ifadə verirlər. Bəlkə də həmin şəhidlərin məzarlarına pəncərədən baxa-baxa onlar ifadə verirlər. Hərdən insana qəribə gəlir ki, bu reallıq deyil, yuxudur.  Bu reallıqdır və onu Prezident İlham Əliyev öz zəkası, cəsarəti ilə yaradıb. Eşq olsun, mənim Prezidentimə”.

“Əslərdir bölgəmizə fəlakət gətirən “parçala və hökmr sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur”

“Pənahəli xandan Rəsulzadəyə, Nərimanovdan, Bağırovdan, Elçibəydən Ulu Öndər Heydər Əliyevə qədər müxtəlif formasiya və ideologiyalarda xalqımıza rəhbərlik edən şəxslərin yarımçıq qalan ideallarını gerçəkləşdirən İlham Əliyev əsrlərin lideri oldu. 45 günlük müharibədə qazanılan zəfər, zamanı və yaşadığımız yüz ili aşdığına görə dövlət başçısının statusu normativ Prezident və Ali Baş Komandan titulundan daha üstündür. İlham Əliyev 45 günlük müharibədə qazanılan parlaq zəfərlə milyonlarla azərbaycanlını 20 faizlik natamamlıqdan xilas etdi, bütöv vətəndaşla yeni - 4-cü Respublikanı qurdu”. Bu sözləri deputat Zahid Oruc deyib.

Millət vəkili bildirib ki, cümhuriyyət, sovet dövrü, müstəqilliyin ilk illərindən ta 2020-ci ilə qədər ölkənin və xalqın siyasi təcümeyi-halı son 3 ilin dövləti ilə eyni deyil və biz fərqli milli kimliyə, yeni respublikaya qovuşmuşuq: “8 noyabr Zəfər və 20 sentyabr “Bütövlük günü” 4-cü Respublikanın təvəllüd tarixidir. İndi fərqli siyasi təqvim-sülh erası başlayır. Əsrlərdir axan qan və göz yaşları nəhayət, durur və yeni ədalətli dünya nizamının əsası Qafqazda qoyulur. Rusiya-Ukrayna savaşına, yaxud böyük siyasi qəzaya çevrilən Qəzzadakı qanlı toqquşmalara son qoyulması üçün adil vasitəçiliyi haqq edən də İlham Əliyevdir. Yaxın Şərqdə savaşın şiddət və amansızlığı qələbəmizin əzəmətini, Azərbaycanın müharibəni ləyaqətlə apardığını və yeni hərbi qanunlar yazanlar üçün əsil Bakı Konvensiyasını dünyaya nümayiş etdirir. İlham Əliyevin liderliyi təkcə ötən 20 ilin deyil, daha çox gələcəyin - 2044-cü ilin Azərbaycanının aydın üfüqlərini yaradır. Nəinki ölkəmizin, eləcə də bölgəmizin sabahı İlham Əliyevin gələcək 20 illik kursundan asılıdır. Bakı, Tiflis və İrəvan arasında tarixi bağlar bərpa olunduqca, 200 il sonra ermənilər və bütün region xalqlarını iqtisadi rifaha qovuşduran arteriyalar açıldıqca, 200 km qısalan qədim yollar dirçəldikcə, dünya erməniçiliyi Azərbaycanla birgə sülhün və rifahın inşasına qoşulacaqlar”.

“Qafqazın “Marşal planı” Qarabağda və dünyada sülh şüarı ilə barışın coğrafiyasını genişləndirəcək, ermənilər mifik tarixdən, Sprük və Miatsumdan qurtularaq Ermənistanı da xilas edəcəklər. Əslərdir bölgəmizə fəlakət gətirən “parçala və hökmr sür” siyasəti Əliyevin “birləşdir və firavan et” kursu ilə əvəz olunur”.

“İlham Əliyev sözün əsl mənasında inqilab edə bildi”

Deputat Elşad Mirbəşir vurğulayıb ki, Prezident İlham Əliyev sözün əsl mənasında inqilab edə bildi: “Bu gün Cənubi Qafqaz Prezident İlham Əliyevin strateji baxışları nəticəsində artıq həm də Avropaya açılan bir qapıdır. Cənubi Qafqazda həyata keçirilən nəqliyyat-logistika layihələri sayəsində Avropanın istehlak bazarında çox ciddi dəyişikliklər baş verib. Bu gün Cənubi Qafqaz təkcə Orta Asiyaya deyil, həm də Avropaya açılan qapıdır".

“21-ci əsr boyunca ilk dəfə olaraq separatizm ocaqlarının sayı azaldı. Bu da Azərbaycan Prezidentinin həyata keçirdiyi inqilabi dəyişiklikdir. Artıq aktiv separatizm ocaqlarının sayı 51-dir. XX əsr boyunca separatizm ocağı söndürülməsinə dair bir fakt mövcud deyil. Amma Azərbaycan prezidenti separatizm ocağını söndürməyə nail oldu və qlobal təhlükəsizliyə mühüm töhfə verdi. Azərbaycan Prezidenti ölkəmizin, ümumilikdə regionun əhəmiyyətini artırıb. 2020-ci ilə qədər Azərbaycan Prezidenti dünyanın güc mərkəzlərində torpaqlarımızı siyasi yolla işğaldan azad etdi, 2020-ci ildə isə hərbi yolla torpaqlarımızı azad etməyə nail oldu”, - deyə millət vəkili fikrini tamamlayıb.

“İlham Əliyev 2008, 2013, 2018-ci ildə keçirilən prezident seçkilərində də layiqli qələbə qazanıb”

“Ulu öndərin vəfatından sonra onun siyasi kursunun Azərbaycanın müstəqilliyi və inkişafı üçün ən düzgün yol olduğunu görən xalqımız 2003-cü il 15 oktyabrda keçirilən seçkilərdə onun siyasi kursunun layiqli davamçısı olan İlham Əliyevi dəstəkləyərək onu özünə yeni prezident seçib. Hakimiyyətinin ilk illərindən etibarən yüksək idarəçilik qabiliyyəti, xarici və daxili siyasətdə səriştəsi ilə fərqlənən prezidentə xalqın inamı və etibarı görülməmiş dərəcədə artdı və İlham Əliyev 2008, 2013, 2018-ci ildə keçirilən prezident seçkilərində də layiqli qələbə qazanıb”. Bu sözləri deputat Vahid Əhmədov söyləyib.

Millət vəkili bildirib ki, Azərbaycanın sosial-iqtisadi və hərbi sahədə əldə etdiyi uğurlarının başında İlham Əliyevin apardığı siyasət dayanır: "20 il ərzində, ölkəmizdə ÜDM-in nominal həcmi 22 dəfə artaraq, 133,8 milyard manata çatıb. Ölkə əhalisinin gəlirləri 13,7 dəfə,strateji valyuta ehtiyatları isə 41 dəfədən çox artaraq 1.6 milyard dollardan 65,9 milyard dollara çatıb. Ölkədə nəqliyyat, təhsil ,enerji, turizm və digər sahələr üzrə infrastuktur yenidən qurulmuş və genişləndirilmiş, ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq vəsait yatırılıb. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsində, 2003-cü ildə 383.1 manat təşkil edən orta aylıq əmək haqqı, hazırda 900 manatdan artıqdır. Bu illər ərzində, 2 milyondan artıq iş yeri açılıb. Yoxsulluq həddi 49 faizdən 5 faizə qədər azalıb. Postmüharibə dövründə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 5250, bu il isə 750 mənzil və fərdi ev təqdim olunub”.

Deputatlar – Əli Hüseynli, Bəxtiyar Əliyev, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Tural Gəncəliyev, Razi Nurullayev və digərləri Prezident İlham Əliyevin daxili və xarici siyasətinin uğurlarından bəhs ediblər. Xüsusi iclasda çıxışlardan sonra İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat qəbul edilib.

Bəyanatı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu oxuyub. Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun güc mərkəzinə çevirib: “Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib. Hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.

Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində bərpa edildi. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün işlər görülür. Ermənistanla sülh danışıqları davam etdirilir. Hazırda azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Milli Məclis əmindir ki, İlham Əliyevə xas olan siyasi səriştə sayəsində Azərbaycan inamla irəliləməyə nail olacaq”. Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

Müəllif: Anar Bayramoğlu

Pin up casino Pin-up casino giriş