Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edib
Milli Məclisin plenar iclası keçirilir. AYNA xəbər verir ki, iclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatı dinlənilib.
Hesabatı Ombudsman Səbinə Əliyeva təqdim edib. Müzakirələrdən sonra hesabat səsverməyə çıxarılaraq qəbul edilib.