“Paris İrəvanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək”

Aktual

16.09.2024 - 14:58

Həkimlər Klinikalar SEO Xidməti

Fransa XİN başçısı: “Biz bunu suverenliyə hörmətlə və bölgədə eskalasiya istəmədən edirik”

Fransanın xarici işlər naziri Stefan Sejournet İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib ki, Paris vəziyyəti gərginləşdirmək niyyəti olmadan İrəvanla müdafiə sahəsində əməkdaşlığı davam etdirəcək. Bu barədə AYNA erməni mediasına istinadən bildirir.

“Ermənistan öz ərazi bütövlüyünü, əhalisini müdafiə etməyi bacarmalıdır. Müdafiə sahəsində dost ölkələr arasında əməkdaşlıq təbiidir. Biz bunu suverenliyə hörmətlə və bölgədə eskalasiya istəmədən edirik”, - Sejournet vurğulayıb.

Fransız diplomatın sözlərinə görə, Azərbaycan BMT-nin Bakıda keçirilən İqlim Konfransı COP29 ərəfəsində həqiqətən sülhə can atdığını nümayiş etdirməlidir: “Azərbaycan tezliklə COP29-a ev sahibliyi edəcək və konfrans ərəfəsində sülhə olan səmimi istəyini nümayiş etdirmək onun məsuliyyətidir. Düşünürəm ki, bu məsələdə mümkün qədər tez irəliləyiş əldə etmək lazımdır”.

Nazir Fransanın “iki ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətlə” ədalətli və sabit dünya quracaq sazişin tezliklə imzalanmasının tərəfdarı olduğunu vurğulayıb.

“1991-ci ildə Almatıda imzalanmış sənədin mənası məhz budur. Eyni ideya Praqada da ictimaiyyətə təqdim olundu”, - deyə Fransa XİN rəhbəri fikrini yekunlaşdırıb.

Müəllif: Ayna.az