Hadisə nəticəsində 12 nəfər həlak olub, 21 nəfər yaralanıb
Pakistanın İslamabad şəhərindəki məhkəmə binasının yaxınlığında partlayış baş verib. Nəticədə 12 nəfər ölüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Geo News” məlumat yayıb.
Məlumatda deyilir: "Federal paytaxtda partlayış baş verib, nəticədə ən azı 12 nəfər həlak olub".
Hadisə nəticəsində daha 21 nəfər yaralanıb. Polisin məlumatına görə, partlayıcı qurğu məhkəmə binasının yaxınlığında park edilmiş avtomobildə partlayıb.
Yaralananlar arasında ərizəçilər və vəkillər də var. Hadisədən sonra məhkəmə binası boşaldılıb.