Özbəkistanda prezident seçkiləri keçirilib

Dünya

24.10.2021 - 20:22

Seçkilərdə seçici aktivliyi 70 faizdən artıq olub

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə keçirilib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası seçicilərin siyahısına 19,9 milyon vətəndaşın adının salındığını açıqlamışdı.

Qeyd edilir ki, seçkilərdə seçici aktivliyi 70 faizdən artıq olub.

Xatırladaq ki, prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova iştirak edir.

Seçkilərin ilk nəticələri sabah MSK tərəfindən açıqlanacaq. Yeni prezident səsvermə günündən iki aydan gec olmayaraq səlahiyyətlərinin icrasına başlamalıdır.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib.

 

Müəllif: Ayna.az