Özbəkistanda COVID-19-u məhv edən cihaz hazırlanıb

Dünya

07.08.2021 - 09:34

Həkimlər Klinikalar SEO Xidməti

Olim Yusupov: "Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir"

 

Özbəkistanda COVID-19 və digər virusları məhv edən cihaz hazırlanıb. AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Daşkənddəki Dövlət Sanitar-Epidemiologiya Nəzarəti Mərkəzində cihazın təqdimatı keçirilib.

 

Cihazın müəllifi, mühəndis Olim Yusupov bildirib ki, bu texnologiya COVID-19 və başqa yoluxucu xəstəliklərin müalicəsində həlledici rol oynaya bilər.

 

“BioGenetik” adlanan cihaz hava məkanını müxtəlif bakteriyalardan, əsasən də COVID-19 virusundan təmizləmək gücünə malikdir.

 

“Aparatın havaya buraxdığı elektronlar virusları, bakteriyaları və mikrobları taparaq zərərsizləşdirir. Bu cihaz vərəm, hepatit, COVID-19 və digər yoluxucu xəstəliklərin profilaktikasında və müalicəsində çox faydalıdır”, - deyə o əlavə edib.

 

Hazırda bu texnologiya Özbəkistanın test qəbulu məntəqələrində, laboratoriyalarda, dövlət və tibb müəssisələrində istifadə olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş