Özbəkistan Prezidenti Azərbaycana gəlib

Siyasət

14.10.2019 - 14:44

Aeroportda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib. AYNA xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Özbəkistan Prezidentini hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az