“Musa Qasımlı gedib kəndləri gəzsə, hər şeyi gözləri ilə görər”

Siyasət

05.05.2020 - 13:30

Parlamentdə deputat Musa Qasımlı ilə Sabir Rüstəmxanlı arasında mübahisə yaşanıb

 

Parlamentin bu gün keçirilən iclasında deput Musa Qasımlı həmkarı, Xalq şairi Sabir Rüstəmxanlıya replika atıb. AYNA-nın xəbərinə görə, M.Qasımlı çıxış edərkən bildirib ki, millət vəkili kimi təmsil etdiyi Yardımlıda əhaliyə paylanılan yardımlar ünvanlarına çatdırılır:

 

“Hesab edirəm ki, heç kim dövlət orqanlarının fəaliyyətinə kölgə salmamalıdır. Karantin dövründə imkansız ailələrə paylanılan yardımların vətəndaşlara şəffaf şəkildə çatdırılmasının həyata keçirildiyi rayonlardan biri Yardımlıdır. Bu rayonda yardımlar hər bir insana şəffaf şəkildə çatdırılıb”.

 

M.Qasımlının sözləri deputat Sabir Rüstəmxanlının etirazı ilə qarşılanıb: “Son vaxtlar Yardımlıda ailələrə yardımların qeyri-şəffaf paylanılması ilə bağlı sosial şəbəkələrdə mən çıxış etmişəm. Görünür, Musa Qasımlı belə danışmaqla mənə cavab verir, icra başçısının adından danışır. Musa Qasımlı belə deməkdənsə, gedib kəndləri gəzsə, hər şeyi gözləri ilə görər”.

Müəllif: Ayna.az