Overçuk: “Ermənistan iki kresloda otura bilməyəcək”

Dünya

27.03.2025 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

“Ermənistan Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olacaq”

“Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqı (Aİ) arasında seçim etməli olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

Onun sözlərinə görə, “iki stulda oturmaq mümkün deyil”.

Overçuk vurğulayıb ki, İrəvan Avropaya doğru irəliləyirsə, o zaman Rusiya ilə bütün iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazımdır.

Qeyd edək ki, Ermənistan Parlamenti ölkənin Aİ-yə daxil olmaq niyyəti ilə bağlı qanunu yekun oxunuşda qəbul edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş