Ötən il 534 nəfər ali məktəblərə müsabiqədənkənar qəbul olub

Xəbərlər

05.07.2023 - 17:19

Həkimlər Klinikalar SEO Xidməti

Qəbul planındakı 43 min 409 yer dövlət, 8 min 417 yer isə özəl ali təhsil müəssisələrinin payına düşüb

2022-2023-cü tədris ili üzrə respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 51 min 826 yer ayrılıb. Bunlardan 534 yer qəbul imtahanlarında müsabiqədənkənar iştirak edən abituriyentlər (187 yer ADA Universitetinə SAT balına əsasən, 190 yer ADA Universitetinə ADA Məktəbinin məzunu kimi qəbul olunanlar) tərəfindən tutulub. AYNA xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) 2022-ci il üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Bildirilib ki, qalan yerlərdən 37791-i Azərbaycan bölməsi, 3284-ü rus bölməsi, 10217-si isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub. Ümumilikdə qəbul planındakı 43 min 409 yer (534 yer müsabiqədənkənar) dövlət, 8 min 417 yer isə özəl ali təhsil müəssisələrinin payına düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş