Ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

30.05.2022 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub

2022-ci il mayın 28-si və 29-da daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 99 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş