Ötən həftə Qarabağda 100 mina aşkarlanıb

Xəbərlər

26.04.2021 - 15:07

90 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

 

ANAMA-dan AYNA-ya verilən məlumata görə, aprelin 19-dən 24-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 82, tank əleyhinə 18 mina və 79 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 90,8 hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az