Ötən həftə azad edilmiş ərazilərdə 697 hektar ərazi minalardan təmizlənib

Xəbərlər

08.08.2022 - 15:41

Azad edilmiş ərazilərdə ötən həftə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan AYNA-ya bildirilib ki, avqustun 1-dən 6-na qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 204 piyada əleyhinə mina, 32 tank əleyhinə mina və 29 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 697 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az