Ötən gün ictimai yerlərdə 11 aktiv koronavirus xəstəsi aşkarlanıb

Xəbərlər

07.01.2021 - 11:19

Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, 1 nəfər isə xəstəxanaya yerləşdirilib

 

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin (DIN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, daxili işlər orqanlarının əməkdaşları yanvarın 6-da respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Onlardan 10-u yaşadıqları evlərə qaytarılıb, sağlamlıq vəziyyəti ağır olan 1 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozaraq yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan doqquz nəfər barədə Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda həmin işlər üzrə istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az