Ötən gün 15 nəfər xilas edilib - VİDEO

Xəbərlər

13.08.2023 - 13:34

cedabet dərman SEO Xidməti

Fövqəladə Hallar Nazirliyi əməliyyatlarla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AYNA-ya bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 99 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla 15 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan biri azyaşlı olmaqla dörd nəfər xilas edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş