Hazırda Hərbi Prokurorluqda istintaq aparılır
Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Ordusunun hərbi qulluqçusunun ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.