Məhəmməd Sanusi Barkindonun ölüm səbəbi hələ ki, məlum deyil
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo vəfat edib. AYNA xəbər verir ki, bu barədə Nigeriya Beynəlxalq Neft Şirkətinin baş direktoru Mele Kyari məlumat verib.
Altmış üç yaşında vəfat edən baş katibin ölüm səbəbi hələ ki, məlum deyil.
M.Barkindo 2016-cı il avqustun 1-dən vəfat edənə qədər OPEC-in baş katibi olub.
Qeyd edək ki, M.Barkindo bu ilin avqustun 1-də vəzifəsini küveytli neft eksperti Haytam al-Qaisə ötürəcəkdi.