Podolyak: "Danışıqlar işçi alt qrupların iştirakı ilə onlayn formatda davam etdirilir"
Rusiya-Ukrayna nümayəndə heyətinin növbəti görüşü keçirilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidentinin Aparat rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib.
“Bəli, danışıqlar keçirilib. Bu barədə tərəflər rəsmi məlumat yayıb. Danışıqlar işçi alt qrupların iştirakı ilə onlayn formatda davam etdirilib”, - deyə Podolyak bildirib.