Norveç Rusiya ilə sərhəddə təhlükəsizliyi gücləndirəcək

Dünya

29.01.2025 - 22:05

Həkimlər Klinikalar SEO Xidməti

Finmark regionunda hərbi mövcudluğu gücləndirmək üçün ayrıca briqada yaradılacaq

Norveçin Rusiya ilə həmsərhəd olan Finmark regionunda hərbi mövcudluğu gücləndirmək üçün ayrıca briqada yaradılacaq.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin rəhbəri Espen Bart Eyde deyib.

“İndi NATO-nun yeni xətti ondan ibarətdir ki, ərazinin hər qarışı müdafiə olunmalıdır. Buna görə də biz Finmarkdakı mövcudluğumuzu gücləndirməliyik və buna görə də biz indi Finmark briqadası yaradırıq”, - deyə nazir bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş