Norveç kralı xəstəxanaya yerləşdirilib

Dünya

04.08.2022 - 21:56

V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib

Norveç kralı V Harald qızdırma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. AYNA-nın xəbərinə görə, bu barədə Kral Sarayından məlumat verilib.

Bildirilir ki, 85 yaşlı kralın vəziyyəti sabitdir.

Qeyd edək ki, 31 il əvvəl taxta çıxmış V Harald son illərdə çox sayda cərrahiyyə əməliyyatı keçirib. 2021-ci ildə Covid-19-a yoluxmuş kral sağaldıqdan sonra dizindən əməliyyat olunub. 2020-ci ildə isə onun ürək klapanları dəyişdirilib.

Müəllif: Ayna.az