“İndi çoxqütblü bir dünyaya giririk - bir sıra avtoritar rəqiblərlə apardığımız davamlı rəqabət dövrünə”
İngiltərə Ordusunun Baş Qərargah rəisi Nikolas Karter Vaşinqtonda Amerika Təhlükəsizliyi Mərkəzində çıxış edərkən Rusiyanı və Çini Birləşmiş Krallıq üşün kritik təhdid adlandırıb.
AYNA TASS-a istinadən bildirir ki, Karter təhdidin ciddi olduğunu söyləyib: “Mən hərbi xidmətə başlayanda ikiqütblü bir dünyada yaşayırdıq. Sonra təkqütblü bir dünya dövrü gəldi və diqqəti terrorizmlə mübarizəyə yönəltdilər. İndi çoxqütblü bir dünyaya giririk - bir sıra avtoritar rəqiblərlə apardığımız davamlı rəqabət dövrünə. Bu kontekstdə, kritik təhlükə yaradan Rusiyanı və bizim üçün xroniki sistemli bir problem olan Çini xatırlatmaq yerinə düşər”.
“Rəqiblərimiz rəqabət üstünlüyü yaratmaq üçün yeni silah növləri hazırlamaqla yanaşı, lazımi nəticələr əldə etmək üçün dezinformasiyaya fəal şəkildə əl atmağa başlayıblar. Əlbəttə, London təhdidlərə cavab vermək məcburiyyətində qalıb. Rusiya tərəfindən yeni sualtı qayıqlar yaradılıb. NATO Rusiyanın bu fəaliyyətinə çox diqqətlə yanaşmalıdır. Şübhə yoxdur ki, təmkinli yol seçməliyik”, - deyə Baş Qərargah rəisi vurğulayıb.