Ərdoğanla Mark Rutte arasında təkbətək görüş keçiriləcək
Niderlandın Baş naziri Mark Rutte Türkiyəyə səfər edib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ali qonağı Ankarada rəsmi mərasimdə qarşılayıb.
Liderlər arasında təkbətək görüş keçiriləcək, sonra iki ölkəni təmsil edən rəsmi heyətlər bir araya gələcəklər.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Niderlandın Baş naziri Mark Rutte mətbuat qarşısında birgə çıxış edəcəklər.