“...İsrail Müdafiə Qüvvələrinə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün göstəriş vermişəm”
İsrailin Baş naziri Benyamin Netanyahu “Hizbullah” atəşkəsi pozarsa, İsrail ordusuna "sıx müharibəyə" hazırlaşmağı əmr edib. AYNA xəbər verir ki, bu barədə Netanyahunun özü “Kanal 14”ə müsahibəsində deyib.
“Əgər razılaşmanın kütləvi şəkildə pozulması halı olarsa, mən İsrail Müdafiə Qüvvələrinə genişmiqyaslı müharibəyə hazırlaşmaq üçün göstəriş vermişəm”, - deyə Baş nazir qeyd edib.