“Biz bundan bir dəqiqə belə vaz keçməyəcəyik və bu əməliyyatı çox güclü ordumuzla həyata keçirəcəyik”
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin Qəzza zolağında radikal HƏMAS hərəkatına qarşı müharibədə mütləq qələbə qazanacağını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Netanyahu vurğulayıb ki, İsrail hələ müharibəni başa vurmayıb. Onun sözlərinə görə, ölkə Qəzzada qalib olmaq istəyir: “Biz bundan bir dəqiqə belə vaz keçməyəcəyik və bu əməliyyatı çox güclü ordumuzla həyata keçirəcəyik”.
Baş nazir əlavə edib ki, hazırda Qəzzada şiddətli döyüşlər gedir. O qeyd edib ki, İsrail Fələstin anklavında münaqişənin həlli planı hazırlayır.