Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib
Nepalda radarlardan itən “Tara Air” aviaşirkətinə məxsus təyyarənin qalıqları tapılıb. AYNA xəbər verir ki, təyyarədə olan 22 nəfərdən heç biri sağ qalmayıb. Nepal quru qüvvələrinin sözçüsü briqada generalı Narayan Silval Mustanq bölgəsində tapılan təyyarənin qalıqlarının fotosunu "Twitter” səhifəsində paylaşıb.
Məlumata görə, təyyarə Pokhara şəhərindən Comsoma uçurmuş. Uçuşdan bir neçə dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib.
Axtarış əməliyyatında Nepal ordusunun axtarış qrupu iştirak edib.