Neftin qiyməti bahalaşıb

İqtisadiyyat

25.05.2022 - 11:02

Azərbaycan nefti 122,94 dollara satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,84 dollar artaraq 114,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,96 dollar bahalaşaraq 110,73 dollar olub.

Azərbaycan neftinin d’ qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,24 dollar artaraq 122,94 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az