İntiharın səbəbi hələlik məlum deyil
Neftçalada intihar hadisəsi baş verib. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Cəngan kəndində qeydə alınıb. Kənd sakini, 1999-cu il təvəllüdlü Cəfərov İmamməddin Qulam oğlu yaşadığı həyətdəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.