Neft ucuzlaşıb

İqtisadiyyat

03.08.2022 - 14:29

Azərbaycan nefti 104,57 dollara satılır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,36 dollar azalaraq 100,18 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar ucuzlaşaraq 94,12 dollar olub.

Azərbaycan neftinin də qiyməti ucuzlaşıb. Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,4 dollar azalaraq 104,57 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az