Neft qiymətləri bahalaşıb

İqtisadiyyat

05.08.2022 - 15:39

Azərbaycan neftinin bir bareli 96,61 dollara satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,41 dollar artaraq 94,53 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,51 dollar bahalaşaraq 89,05 dollar olub.

Azərbaycan neftinin isə qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 5,58 dollar azalaraq 96,61 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az