Azərbaycan nefti ucuzlaşdı

İqtisadiyyat

30.07.2019 - 07:30

Həkimlər Klinikalar SEO Xidməti

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 65,47 dollar/barel təşkil edib. AYNa trend.az-a istinadən xəbər verir ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,8 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 62,28 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,15 dollar/barel azdır.

Müəllif: Ayna.az