3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub
Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb. Yanğınla bağlı çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb edilib.
AYNA.AZ xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10:00 radələrində sözügedən yanğınla bağlı çağırış daxil olub, 3 təcili tibbi yardım briqadası əraziyə cəlb olunub.