Neft bahalaşıb

İqtisadiyyat

25.03.2025 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb. AYNA.AZ xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,14% və ya 0,10 dollar artaraq 1 barelə görə 73,10 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,10% və ya 0,07 dollar artaraq 1 barelə görə 69.18 ABŞ dollarına yüksəlib.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti də 1 dollardan çox bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,19 ABŞ dolları və ya 1,6 % artaraq 75,23 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,04 ABŞ dolları təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş