Neftimizin qiyməti qalxdı

İqtisadiyyat

06.05.2020 - 11:23

“Azeri Light”ın bir barreli 29,54 dollara satılır

 

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 5,43 dollar artaraq 29,54 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az