Nazir: “Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək”

Xəbərlər

10.02.2021 - 15:09

Varank Türkiyənin üç ölkə ilə əməkdaşlıq barədə sənədi artıq imzaladığını bildirib

 

Azərbaycan və Türkiyə kosmik sahədə əməkdaşlıq edəcək. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.

 

M.Varank Türkiyənin üç ölkə ilə əməkdaşlıq barədə sənədi artıq imzaladığını, Azərbaycanla isə razılaşmanın hazır olduğunu bildirib.

 

"3 ölkə ilə müqavilə imzaladıq. Pakistan və Azərbaycanla müqavilələrimiz hazırdır, imzalanma mərhələsindədirlər", - nazir deyib.

 

Müqavilələrin detalları barədə ətraflı məlumat hələ ki, verilmir.

Müəllif: Ayna.az