Naxçıvana uçan təyyarə geri qayıdıb

Xəbərlər

16.05.2022 - 11:13

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 251 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmaq qərarına gəlib.

AYNA xəbər verir ki, bu barədə AZAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 08:37-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Müəllif: Ayna.az