Naxçıvan İmtahan Mərkəzi yaradılıb

Xəbərlər

27.09.2024 - 14:21

cedabet dərman SEO Xidməti

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İmtahan Mərkəzi yaradılıb

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Naxçıvanda şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İmtahan Mərkəzi yaradılıb. AYNA xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetindən bildirilib.

Qeyd olunub ki, İmtahan Mərkəzinə tender yolu ilə ən müasir optik oxuyucular, çap avadanlıqları, kağız məmulatları və digər çap vəsaitləri alınaraq quraşdırılıb.

Məlumat üçün bildirək ki, mərkəzdən IV-VIII siniflərdə ümumi, IX-XI siniflərdə isə buraxılış formatında tədris ili ərzində 6 dəfə olmaqla, ödənişsiz sınaq imtahanlarının təşkili həyata keçiriləcək.

Yeni yaradılan mərkəz şagirdlərin biliyinin qiymətləndirilməsi işinə öz töhfəsini verməklə yanaşı, tədrisin keyfiyyətinin artırılmasına şərait yaradacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş