Narahatlığa aydınlıq gətirildi: “Zərərli maddələr deyil”

Cəmiyyət

23.01.2020 - 13:17

“Çayın içindəki berqamot ətri verən aromatizatordur”

 

Bir neçə gündür, sosial şəbəkələrdə “Beta Tea” markalı çayın birdəfəlik istifadə üçün nəzərdə tutulmuş paketlərinin içindən ağ rəngli maddələrin çıxdığı xəbəri yayılmağa başlayıb. Sosial şəbəkə istifadəçiləri narahatlıq içərisində bu məsələyə rəsmi qurumlar və “Beta Tea” tərəfindən açıqlama verilməsini istəyirlər.

 

AYNA əməkdaşı məsələni dəqiqləşdirmək üçün “Beta Tea”nin Marketinq Departamentinin rəhbəri Günay Mustafayeva ilə əlaqə saxlayıb. O bildirib ki, çayın içində olan ağ rəngli bərk maddələr aromatizatorlardır: “Onlar sadəcə olaraq çaya xüsusi dad və ətir vermək üçün istifadə olunur. Bütün çaylara vurulur. Qutu çaylarda da bu maddələr varr. Dəmləmə çaylarında aromatizatorlar gözə çarpmır, amma birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylarda nəzərə çarpır”.

 

G.Mustafayeva bu maddələrin insan orqanizmi üçün heç bir ziyanı olmadığını deyib: “Çayın içindəki berqamot ətri verən aromatizatordur. Biz buna 100 faiz zəmanət veririk”.

 

Məsələ ilə bağlı Qida Təhülkəsizlik Agentliyinə göndərdiyimiz sorğuya isə günlərlə cavab verilmədi.

Müəllif: Təranə Xudabaxşiyeva