Cibində bıçaq gəzdirən tutulsun - <font color=red> Bu, çıxış yoludurmu?</font>

Cəmiyyət

09.10.2019 - 16:49

Bıçaq daşımağı qadağa etmək dərdimizə çarə deyil

 

Hər gün haradasa bıçaqlanma ilə nəticələnən cinayət hadisəsinin xəbərini oxuyuruq. İnsanlar kiçik məsələlər və ya sözü çəp düşmənin nəticəsində ya qurbana, ya da qatilə çevrilirlər. Bəs, bu, cibdə bıçaq daşımaq adətkarlarını necə dayandırmaq olar?

 

Bəzi psixoloqlara görə, kişilərin üzərində bıçaq gəzdirməsi zəifliyin, bəzilərinə görə isə potensial qatil olmağın əlaməti  kimi ortaya çıxır. El arasındakı, “kişinin cibində bıçaq olar” əlaqəsiz deyimi isə bir başqa dərddir.

 

Millət vəkili Aqil Abbas insanların üzərində bıçaq gəzdirməsinin də bir əndazədə olması təklifini irəli sürüb. Onun fikrincə, polisə bu məsələdə səlahiyyət verilməlidir: “Tiyəsi 4 sm-dan artıq olan bıçaq sahibləri saxlanılmalı onlar haqqında araşdırma aparmalıdır. Bəlkə də belələri hansı da qrupların üzvü də ola bilər”.

Картинки по запросу Aqil Abbas

Aqil Abbas Ayna-ya açıqlamasında bildirib ki, onun bu sözləri həmkarları tərəfindən heç də yaxşı qarşılanmayıb: “Qanuni bir söz deyəndə, adama hucum olur, adam da danışmaq istəmir. Çoxu bu təklifimə irad tutur, gərəksiz hesab edir. Baxın, gün ərzində nə qədər bıçaqlanma olur, bu həyəcan siqnalı deyilmi? Ona görə də deyirəm ki, tiyəsi 4 sm-dən artıq olan bıçaq daşıyan şəxslər polis tərəfindən bölməyə aparılmalıdır, soyuq silah gəzdirənlər saxlanılmalıdır. Mən təklif edirəm ki, soyuq silahla bağlı qanunda dəqiqləşmə, konkret qeyd olmalıdır. Hüquq mühafizə orqanları da bu məsələdə təşəbbüs göstərməlidir”.

 

Bıçaq evimizdə də var...

 

Vəkil Habil İsgəndərov isə AYNA-ya açıqlamasında qeyd edib ki, bıçaq hər kəsin evində var, ya üstündə gəzdirdi, ya evində, bunun fərqi yoxdur: “Məsələ burasındadır ki, hər bıçaq soyuq silah sayılmır, qanunda silah və soyuq silah anlayışları konkret göstərilir. Məsələn, soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Məişət bıçağı soyuq silah sayılmır, lakin məişət bıçağının cinayət məqsədilə istifadəsi olduqda , deyilir ki, məişət bıçağından soyuq silah məqsədilə istifadə edilməklə, hansısa hadisə, qətl törədilib”.

Vəkilin sözlərinə görə, silah və silah sayıla biləcək vasitə və qurğuların dövriyyəsi qanunla tənzimlənir: “Birmənalı şəkildə demək olmaz demək ki, qanunda boşluq var. Əslində, bıçağı qadağan olunmuş əşyaların sırasına salmaqla problemin həll olunacağını düşünmək məntiqli deyil”.

 

Məlumat üçün deyək ki, Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir.

 

Bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

 

Qadağa problemlərin həlli deyil

Vəkil Ruhiyyə İsayeva mövzu ilə bağlı AYNA-ya açıqlamasında vurğulayıb ki, bıçaq gəzdirənləri şübhəli şəxs kimi tutmaq heç də yaxşı bir ideya deyil və problemin həlli deyil: “Bıçaqlanma və xüsusilə  qadınların bıçaqla öldürülməsi, məişət  zorakılığının artması həqiqətən də üzücüdür. Mövcud vəziyyətin səbəblərini öyrənmək lazımdır. Problemin həlli yolu cəmiyyətimizdə gedən prosesləri araşdırmaq, səbəblərin  kökünü tapmaqdadır”.

 

“Əslində, biz problemlərin kökünü də bilirik. İnsanların maddi vəziyyətinin pisləşməsi, insanların çox və istirahətsiz (qeyri-insani) iş rejimi, iş-ailə balansının ciddi şəkildə pozulması, qadınlara qarşı ayrıseçkili münasibət, hüquqi savadsızlıq və ədalət mühakiməsindəki nöqsanlar və s. problemlər aradan qaldırıldıqdan sonra hər şey nizama düşəcək”, - deyə, vəkil bildirib.

Müəllif: Raminə Eyvazqızı