Soyğunçular elektrik enerjisini kəsərək və muzeyin pəncərələrini sındıraraq içəri daxil olublar
Almaniyanın “Yaşıl Vault” muzeyindən 1 milyard avro dəyərində tarixi və qiymətli əşyalar oğurlanıb. AYNA xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Hadisə bu gün yerli vaxtla 05:00-da baş verib. Soyğunçular elektrik enerjisini kəsərək və muzeyin pəncərələrini sındıraraq içəri daxil olublar.
Oğurluqdan sonra hadisə yerindən qaçan oğruların tapılması üçün Almaniya polisi əməliyyata başlayıb.
Ayna.az
Pin up casino Pin-up casino giriş