Parlamenti ölkənin yeni Prezidentini seçib
Estoniya Parlamentinin deputatları Mili Muzeyin direktoru Alar Karisi ölkə prezidenti seçiblər.
AYNA xarici mediaya istinadən bildirir ki, Karis seçkilərin ikinci turunda yeganə namizəd olub. Onun namizədliyini səsvermədə iştirak edən 80 deputatdan 72-si dəstəkləyib. Seçilmək üçün 68 səs lazım gəlirdi. Birinci turda qələbə qazanmaq üçün Karisin beş səsi çatmamışdı.
Alar Karis 1958-ci il martın 26-da Tartuda doğulub. 1981-ci ildə Estoniya Kənd Təsərrüfatı Akademiyasının baytarlıq fakültəsini bitirib. Daha sonra Almaniya, Böyük Britaniya və Niderlandın bir neçə universitetində təhsil alıb. 1999-cu ildən Tartu Universitetinin professorudur. 2007-2012-ci illərdə həmin universitetin rektoru olan Karis 2017-ci ildə Estoniya Milli Muzeyinin direktoru seçilib.