“Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq” - Ərdoğan

Dünya

04.09.2023 - 20:21

cedabet dərman SEO Xidməti

Soçidə Türkiyə və Rusiya prezidentləri arasında görüş olub

“Müharibənin ən qısa zamanda ədalətli sülhlə başa çatmasını arzulayırıq”.

AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, müharibənin qalibi, sülhün məğlubu olmaz: “Həmişə bu fikirdə olmuşuq”.

R.T.Ərdoğan əlavə edib ki, rəsmi Ankara bunun üçün səylərini davam etdirir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş