AzTV-də müsabiqə ilə bağlı toplantı keçirilib
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də AzTV-də start götürəcək “Muğam” müsabiqəsi ilə bağlı toplantı keçirilib.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, iclasda QSC sədri Rövşən Məmmədov, “Muğam” müsabiqəsinin münsiflər heyəti iştirak edib.
Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin qatıldığı toplantıda müsabiqə ilə bağlı müzakirələr aparılıb.