Milli Məclisdə “Təhsil haqqında” qanuna dəyişiklik qəbul olunub
Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərinsertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilir.
AYNA xəbər verir ki, bununla bağlı "Təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Qeyd edək ki, hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.
Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda qəbul edilib.