Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllim olmaq istəyənlər seçim edəcəklər
Bu gün saat 15:00-dan etibarən biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər avqustun 13-ü saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.