Emin Əmrullayev: "8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək”
Bu il müəllimlərin işə qəbulu üzrə 10 minə yaxın vakansiyanın elan edilməsini planlaşdırırıq. AYNA APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, bəlkə də bir az artıq ola bilər: "8 minə yaxın müəllim eyni anda imtahan verə biləcək. İbtidai sinif müəllimləri istisna olmaqla digər ixtisas müəllimləri bir seansda imtahan verə biləcəklər".