Müdafiə Nazirliyi cəbhədə son vəziyyəti açıqlayıb

Siyasət

05.11.2020 - 07:58

Həkimlər Klinikalar SEO Xidməti

Düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilib

 

Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

 

AYNA bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

 

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş