Hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib
Bu gecə Rusiyanın paytaxtı Moskvaya növbəti dron hücumu olub. AYNA xəbər verir ki, bu barədə yerli "telegram" kanalları və TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, Moskvanın müxtəlif yerlərində güclü partlayış səsləri eşidilib.
Yayılan videolarda paytaxtın müxtəlif yerlərində partlayışların fəsadları görünür. Belə ki, Lixaçov küçəsində yerləşən biznes mərkəzində partlayışlardan sonra tüstü və kiçik yanğın görünür. Komsomolski prospektində binalardan birində pəncərələr qırılıb, yol polis əməkdaşları tərəfindən bağlanıb.
Eyni zamanda, şəhərdəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisədə ölən və ya yaralananların olmadığı vurğulanıb.
Qeyd olunub ki, hadisə Rusiya Müdafiə Nazirliyinin binasının yaxınlığında baş verib.