Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq
İyulun 25-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə üçtərəfli danışıqlar aparacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada keçiriləcək görüşdə Dağlıq Qarabağ ətrafında gərginliyin azaldılması yollarını təhlil edəcəklər.