Moskvada koronavirusdan ölənlərin sayı artıb

Dünya

03.05.2020 - 00:48

Moskvada koronavirus qurbanlarının sayı 700-ü ötüb

 

Rusiyanın paytaxtı Moskvada daha 34 nəfər koronavirusdan ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Profilaktika üzrə Operativ Qərargahı məlumat yayıb.

 

Məlumata görə, Rusiya paytaxtında koronavirusdan ölənlərin sayı 729 nəfərə çatıb. Qeyd edilir ki, virusa yoluxmuş 15 minə yaxın şəxs xəstəxanalardan buraxılıb. 

 

Rusiyada ümumilikdə 124 054 nəfərə COVID-19 diaqnozu qoyulub. Ölkə dünyada koronavirusa yoluxma hallarının sayına görə 7-ci yer tutur. 

 

Dünyada COVID-19-a ən çox yoluxma halları ABŞ, İspaniya və İtaliyada qeydə alınıb.

Müəllif: Ayna.az