Moskvada koronavirusdan ölənlərin sayı 51 nəfər də artıb

Dünya

08.05.2020 - 05:12

Rusiyada 177 minə yaxın insan koronavirusa yoluxub

 

Moskvada sutka ərzində 51 nəfər koronavirusdan dünyasını dəyişib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 956 nəfərə çatıb.

 

Qeyd edək ki, Rusiyada 177 minə yaxın insan koronavirusa yoluxub. 1600-dən çox insan isə ölüb, 23 min nəfər sağalıb.

Müəllif: Ayna.az